Haqqımızda

 Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.

Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.

1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.

Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.

1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları  yerinə yetirmişdir.

1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.

1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.

Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.

80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.

Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.

Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər  Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.

Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.

Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.

Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.

Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.

Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.

1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.

İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Haqqımızda
banner image

Xəbərlər

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Təhsil İstirahət Mərkəzi"ndə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Təhsil İstirahət Mərkəzi"ndə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 2-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin "Təhsil İstirahət Mərkəzi"ndə şəhid valideynləri, qazilər və təhsil işçilərinin iştirakı ilə "Zəfərimiz Əbədidir" adlı tədbir keçirilib. Tədbir, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ATİAHİ Respublika Komitəsi və Xaçmaz Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıq hekayələri vurğulanıb. Xaçmaz rayonunun Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yerə sahib olduğu qeyd edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi və qətiyyətli qərarları nəticəsində xalqın müharibə zamanı nümayiş etdirdiyi həmrəyliklə bu tarixi qələbənin əldə edilməsi xüsusi qeyd olunub.ATİAHİ sədrinin müşavir-katibi Elşad Novruzov tədbirdə çıxış edərək, cənab Araz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb və müharibənin yalnız döyüş meydanında deyil, cəmiyyətin bütün sahələrinə dərin təsir buraxdığını bildirib. O, Xaçmazda təhsil sahəsində çalışan 13 şəhid valideyninin fədakarlığını və vətənpərvərlik ruhunun qorunmasında onların rolunu xüsusi qeyd edib. Eyni zamanda, təhsil sahəsində fəaliyyət göstərən 5 şəhid xanımının və 8 qazinin xalqımızın əzmkarlığını nümayiş etdirdiyini vurğulayıb. Elşad Novruzov, həmçinin 37 müharibə veteranının təhsil işçisi olaraq öz həyat təcrübələrini və qəhrəmanlıq hekayələrini gənclərə ötürərək milli ruhun yaşadılmasına verdiyi töhfədən bəhs edib.Tədbirdə Hacisaoba kənd ibtidai məktəbinin müəllimi və şəhid anası Bibixanım Mirzəmmədova, Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun qardaşı və rayonun Çaykənarı kənd tam orta məktəbinin ilk həmkarlar təşkilatının sədri Yanvar Şahbazov, Vətən müharibəsi iştirakçısı və rayonun Arzu kənd tam orta məktəbinin direktoru Vüqar Həbibov, ATİAHİ Xaçmaz Rayon Komitəsinin sədri Yaşar Abbasov da çıxış edərək Zəfər Gününün əhəmiyyətini və Azərbaycanın bu tarixi qələbəsini vurğulayıblar.Tədbirin sonunda Xaçmazda təhsil sahəsində çalışan şəhid valideynlərinin, şəhid xanımlarının və qazilərin fədakarlığı yüksək qiymətləndirilib və onlara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsi tərəfindən maddi yardımlar təqdim edilib.IMG_0375.JPG 705.31 KBIMG_0448.JPG 759.96 KBIMG_0385.JPG 811 KBIMG_0330.JPG 695.15 KBIMG_0332.JPG 892.48 KBIMG_0334.JPG 776.19 KBIMG_0342.JPG 868.13 KBIMG_0359.JPG 3.07 MBIMG_0418.JPG 1.21 MBIMG_0465.JPG 1.24 MBIMG_0480.JPG 1.32 MBIMG_0349.JPG 2.58 MBIMG_0491.JPG 1.66 MB

03.11.2024

ATİAHİ sədri Araz Paşayev ilə Eğitim-Bir-Sen və Memur-Sen Konfederasiyasının sədri Ali Yalçın arasında görüş keçirilib

ATİAHİ sədri Araz Paşayev ilə Eğitim-Bir-Sen və Memur-Sen Konfederasiyasının sədri Ali Yalçın arasında görüş keçirilib

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə Türkiyənin Eğitim-Bir-Sen təhsil işçiləri həmkarlar ittifaqının nümayəndə heyəti ilə onlayn görüş keçirilmişdir. Görüş Zoom platforması üzərindən təşkil olunmuş və hər iki tərəfin rəhbər şəxslərinin iştirakı ilə baş tutmuşdur. ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Eğitim-Bir-Sen və Memur-Sen Konfederasiyasının sədri Ali Yalçın və digər nümayəndələr bu görüşdə iştirak ediblər.Görüşün əsas məqsədi ATİAHİ Respublika Komitəsi ilə Eğitim-Bir-Sen arasında əməkdaşlığın möhkəmləndirilməsi, təhsil işçilərinin hüquqlarının qorunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.Çıxışında Araz Paşayev, təhsil işçilərinin beynəlxalq əmək standartlarına uyğun olaraq hüquqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb və tərəflər arasında təcrübə mübadiləsinin faydalı ola biləcəyini qeyd edib. Ali Yalçın da çıxışında, iki qardaş təşkilat arasında əməkdaşlığın genişləndirilməsinin, birgə təlimlər, seminarlar və peşəkar inkişaf proqramlarının həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.Görüşün sonunda, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Ali Yalçını dekabr ayında Azərbaycana səfərə dəvət edib və bu səfərin Azərbaycan və Türkiyə təhsil işçiləri həmkarlar ittifaqları arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini bildirib.Qeyd edək ki, 450 minə yaxın üzvü ilə Eğitim-Bir-Sen Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqıdır və Memur-Sen Konfederasiyasına daxildir. Memur-Sen Konfederasiyası isə 11 sahə həmkarlar ittifaqlarını və 1.1 milyon üzvü əhatə edir.1.jpeg 349.88 KBScreenshot 2024-10-31 at 18.15.58.png 2.72 MB

30.10.2024

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib.Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə əklil və gül dəstələri qoyulub. BDU-da Ulu Öndərin büstü, Şəhidlər abidəsi və şəhid məzunların xatirəsinə həsr olunmuş lövhənin önünə də gül dəstələri düzülüb. Konfrans Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra Tədbirdə BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək Tələbə Həmkarlar İttifaqı Komitəsinin keçdiyi tarixi inkişaf yolu, gördüyü işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Sonra BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Rektor BDU Tələbə Həmkarlar İttifaqının fəaliyyətinə toxunaraq qeyd edib ki, bu təşkilat  ölkənin ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirir. Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə BDU THİK-in tələbələrin sosial durumunun yaxşılaşdırılması, milli ruhda inkişafı istiqamətində apardığı işlərin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, 50 illik fəaliyyəti ilə seçilən BDU THİK bundan sonar da böyük uğurlara imza atacaqdır. Tədbirdə həmçinin Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, BDU Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Alış Qasımov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin üzvləri Göydəniz Qəhrəmanov, Səbinə Xasayeva, Naqif Həmzəyev və Azərbacan Texniki Universitetinin THİK sədri Mirməhəmməd Ələkbərli çıxış edərək BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin işinə uğurlar arzulayıblar. Konfrans BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin konsert proqramı ilə davam edib. Tədbirin sonunda Azərbaycanın xalq artisti, tanınmış müğənni Miri Yusif də qonaq olub, sevilən ifalarını səsləndirib.1.jpg 1.71 MB2.jpg 997.33 KB3.jpg 904.9 KB4.jpg 1.19 MB6.jpg 965.14 KB7.jpg 1.03 MB8.jpg 1.29 MB9.jpg 1.05 MB10.jpg 1.38 MB11.jpg 1.05 MB12.jpg 1 MB13.jpg 970.44 KB20.jpg 2.27 MB24.jpg 3.83 MB

28.10.2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU - Azerbaycan Texniki Universiteti rektoru Vilayət Vəliyev və universitetin kollektivi ilə görüşüb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU - Azerbaycan Texniki Universiteti rektoru Vilayət Vəliyev və universitetin kollektivi ilə görüşüb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU - Azerbaycan Texniki Universiteti rektoru Vilayət Vəliyev və universitetin kollektivi ilə görüşüb.AzTU-nun rektoru Vilayət Vəliyev tədbirdə çıxış edərək universitetin həyatında Həmkarlar İttifaqı Komitəsinin (HİK) rolundan söz açıb. O, Həmkarlar İttifaqı Komitəsinin universitetlə HİK arasında imzalanan kollektiv müqavilə əsasında işçilərin əmək şəraitinin yaxşılaşdırılması və əmək hüquqlarının qorunması istiqamətində bundan sonra da birgə fəaliyyət göstərəcəklərini qeyd edib.Daha sonra hesabat məruzələri ilə çıxış edən AzTU HİK sədri Elvin Bəxtiyarlı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Mirməhəmməd Ələkbərli müvafiq olaraq rəhbərlik etdikləri komitələrin fəaliyyətləri və gələcək hədəfləri ilə bağlı geniş təqdimatla çıxış ediblər.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU-nun professor-müəllim heyəti ilə görüşü zamanı bildirib ki, Respublika Komitəsinin fəaliyyət istiqamətləri ittifaq üzvlərinin əmək hüquqlarının və sağlamlıqlarının müdafiəsi, onların ideyalarının dəstəklənməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dəstək vermək və müştərək layihələrin keçirilməsinə kömək etmək məsələlərini əhatə edir.Çıxışının sonunda Araz Paşayev görüş iştirakçılarına uğurlar və müvəffəqiyyətlər arzulayıb.Tədbirin sonunda, oktyabr ayında yubileyləri olan universitet əməkdaşları AzTU-nun rektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri tərəfindən fəxri fərmanlar və hədiyyələrlə təltif edilib.IMG_2262.JPG 6.52 MBIMG_2241.JPG 7.33 MBIMG_2210.JPG 7.01 MBIMG_2316.JPG 6.74 MB

25.10.2024

Keçidlər

Qalereya

Videolar

Bizimlə əlaqə

Bizimlə əlaqə üçün aşağıdakı məlumatlardan istifadə edin

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo